0
Menyu
Kateqoriyalar
Hesabım
Kateqoriyalar

İstifadəçi razılaşması

Bu Razılaşma roverstore.az saytının İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.

  1. ƏSAS ANLAYIŞ VƏ TERMİNLƏR
    • Sayt – İnternet şəbəkəsində roverstore.az ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.
    • Administrasiya – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hərəkət edən Malik Əliyev Mayıl Oğlu (VÖEN: 1001495222), Saytın inzibatçılığını həyata keçirir və ona Sayt üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.
    • İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Saytın xidmətlərindən istifadə edən istənilən fiziki və ya hüquqi şəxsdir.
    • Şəxsi kabinet – bu, İstifadəçi mühitinin onun tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə Malik olmaq hüququ var.
    • İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlar və ya məlumatlar məcmusudur. Bu məlumatlara İstifadəçinin özü haqqında və ya qeyd etdiyi şəxsi məlumatları, Saytdan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumatlar, o cümlədən IP-ünvan, “cookie” məlumatları, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında digər məlumatlar aiddir. Bu məlumatlar İstifadəçi tərəfindən qeydiyyat zamanı və Saytdan istifadə prosesində avtomatik olaraq Administrasiyaya təqdim edilir.
    • İnformasiya – Saytda İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən məlumat və ya məlumatlar məcmusudur.
    • Spam – Kütləvi, icazə verilməyən və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli məlumatlar poçt və başqa internet resurslarına göndərmələrdir.
    • Mal – hər hansı maddi və ya qeyri-maddi əmlakdır (aktiv).
    • Tərəflər – Administrasiya və İstifadəçidir.

 

  1. ÜMUMİ MÜDDƏALAR
    • Bu Razılaşmada istifadə olunan və "Əsas anlayış və terminlər" maddəsində əksini tapmayan istənilən terminlər və anlayışlar, bu Razılaşmanın mətninə uyğun olaraq izah ediləcəkdir. Bu Razılaşmada istifadə edilən anlayış və terminin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında, Administrasiya tərəfindən müəyyən edilmiş izah etmə tətbiq ediləcəkdir.
    • Saytın xidmətlərindən və sayt materiallarından istifadə edilməsi qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.
    • Bu Razılaşma ictimai ofertadır.
    • Bu Razılaşmanı qəbul etməklə İstifadəçi Saytın xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
    • Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna Malikdir.
    • İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Sayta girişdən imtina etməli, Saytın xidmətlərindən istifadə etməsini dayandırmalıdır.
    • Bu Razılaşmada nəzərdə tutulmayan xidmətlərin göstərilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.
    • İstifadəçi qəbul edir ki, Saytın bütün məlumatları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. Administrasiya yerləşdirilən hər hansı reklam və onun məzmunu ilə əlaqədar məsuliyyət DAŞIMIR.
    • roverstore.az Saytında qeydiyyat könüllü xarakter daşıyır və müvəffəqiyyətlə tamamlanmış qeydiyyat zamanı İstifadəçi əlavə xidmətlərə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququna Malikdir.
    • İstifadəçi öz şifrəsini gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz mobil nömrəsindən, elektron ünvanından, şəxsi kabinetindən və şifrəsindən istifadə ilə əlaqədar yaranmış bütün hallara görə məsuliyyət daşıyır. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında əsaslı şübhələr varsa, İstifadəçi öz şifrəsini sərbəst dəyişməyi öhdəsinə götürür və şifrənin dəyişilməməsi nəticəsində yaranmış və ya yarana biləcək hər hansı hala görə özü məsuliyyət daşıyır.
    • Administrasiya İstifadəçi tərəfindən qeydiyyat zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki vasitələrdən istifadə etmək hüququna malikdir.
    • Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququna Malikdir.
    • İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması və digər hallarda, Administrasiya İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna Malikdir.
    • Saytdan istifadəsi məhdudlaşdırılmış və ya dayandırılmış İstifadəçinin Sayt və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etməsi qadağandır.

 

  1. SAYTDAN İSTİFADƏ
    • Administrasiya qeydiyyatdan müvəffəqiyyətlə keçmiş İstifadəçilərə saytdan istifadə hüququnu verir.
    • İstifadəçi tərəfindən beynəlxalq hüququn və qüvvədə olan qanunvericiliyin normalarının pozulmasına səbəb olacaq hərəkətlərin həyata keçirilməsi qadağandır.
    • Administrasiya Saytın vasitəsi ilə İstifadəçilər tərəfindən digər tərəflərlə bağlanan saziş və ya razılaşmaların iştirakçısı və/və ya vasitəçisi deyildir. Administrasiya belə sazişlərə və ya razılaşmalara nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
    • İstifadəçinin saytdakı şərhləri və ya qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə ziddiyyət təşkil etməməlidir.
    • Administrasiya elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
    • İstifadəçi tərəfindən verilmiş elanları, məlumatları və informasiyanı dərc etmək hüququnun Administrasiya tərəfindən alınması məqsədi ilə İstifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu ödənişsiz olaraq verir.
    • İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Administrasiya məsuliyyət daşımır.
    • Saytın istifadəçisi Saytın təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və Mal və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş Mal haqqında informasiyanı yoxlamalı və, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.
    • İstifadəçi təsdiq edir ki, saytda yerləşdirilmiş elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla, və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə Malikdir.
    • Administrasiya İstifadəçidən yerləşdirilmiş Mal haqqında əlavə məlumatı və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna Malikdir. Administrasiya belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər elanın yerləşdirilməsini dayandırmaq hüququna Malikdir.
    • Administrasiya xidmətlərin keyfiyyətinə nəzarət məqsədilə saytda İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin, İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququna Malikdir.
    • Elanda Malın İstifadəçi tərəfindən göstərilmiş təsviri bu Malın satışı şərtlərini təşkil edir.
    • Çatdırılma şərtləri (əgər, varsa) elanda göstərilmiş Malın təsvirinə qoşulmalıdır.
    • Xidmətin elanda göstərilmiş şərtləri (satış şərtləri) və malın təsviri, həmçinin elanın başqa şərtləri, elanın yerləşdirildiyi zaman qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Bu müddəa pozulduğu təqdirdə, uyğunsuzluğun aradan qaldırılması İstifadəçinin öhdəliyidir. Bu bənddə göstərilmiş uyğunsuzluq yarandığı təqdirdə Administrasiya İstifadəçinin xəbəri olmadan elanın düzəlişi və silinməsi ilə əlaqədar hərəkətləri həyata keçirmək hüququna Malikdir.
    • Saytda qüvvədə olan qanunvericiliyin müddəalarını pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd olan, təhqiredici xarakterli, həmçinin üçüncü şəxslərin hüquqlarını pozan elanların yerləşdirilməsi qadağandır. İstifadəçi əmin olmalıdır ki, Malın təklifi qüvvədə olan qanunvericilik və hazırkı Razılaşmanın şərtlərini pozmur.
    • Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırkı Razılaşmanın pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacaqdır. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında xidmətlərə görə ödənilmiş pul vəsaiti geri qaytarılmır.
    • Elanın məzmununda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.
    • İstifadəçi aşağıda göstərilən xidmətlər haqqında məlumatları yaymamağı öhdəsinə götürür:
      • başqa ticarət meydançaları, internet-hərracları və/və ya internet mağazaları tərəfindən təklif edilən xidmət;
      • Sayt tərəfindən təqdim edilmiş eyni məzmun və xarakterli malları və xidmətləri daha az ödənişlə təklif edən başqa xidmətlər;
      • Satışı qadağan edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər.
    • İstifadəçi Administrasiyanın yazılı icazəsi olmadan Sayta girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadə elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır.
    • İstifadəçinin əlavə öhdəlikləri:
      • Saytın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməmək;
      • Administrasiyanın yazılı icazəsi olmadan Saytda olan istənilən informasiyanı köçürməmək, təkrar etməmək, dəyişdirməmək, yaymamaq və ictimaiyyətə təqdim etməmək;
      • Sayta girişə mane olmamaq və ya məhdudlaşdırmamaq, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamaq;
    • İstifadəçi tərəfindən Sayta təqdim edilmiş bütün məlumatlara və Saytdan istifadə ilə əlaqədar olaraq edilmiş hər hansı hərəkətlərə daxil olması qadağandır:
      • yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
      • dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
      • oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparma;
      • üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;
      • özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatları saxlama;
      • özündə böhtan və ya təhdidləri saxlama;
      • cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
      • imkan yaratmaq, dəstəkləmək və ya terror və ekstremist fəaliyyətə çağırmaq;
      • ədəbsizlik, və ya pornoqrafiya xarakteri daşımaq;
      • özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Saytın məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmə;
      • özündə reklam xarakterli materialları saxlamaq;
      • üçüncü şəxslərin intellektual hüquqlarını pozmaq;
      • qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.
    • Administrasiya saytda barəsində elan yerləşdirilmiş malı İstifadəçi tərəfindən göstərildiyindən fərqlənən üsulla reklam etmək hüququna Malikdir.
    • Administrasiya istənilən elanın Saytda nümayiş müddətlərinin yerini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna Malikdir.
    • Administrasiya hazırkı Razılaşmanın qaydalarını, başqa İstifadəçilərin hüquqlarını və ya qüvvədə olan qanunvericiliyi pozan istənilən elanın nümayişini dayandırmaq, silmək və dəyişdirmək hüququna Malikdir.
    • Administrasiya elanlarda düzəliş etmək, onları başqa rubrikalara keçirmək, həmçinin İstifadəçilərin elanları ilə istənilən başqa hərəkətləri etmək hüququna Malikdir.
    • Administrasiya elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna Malikdir.
    • İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.

 

  1. ÖDƏNİŞLİ XİDMƏTLƏR
    • İstifadəçilər Saytda ödənişli xidmətləri sifariş edə bilərlər.
    • Ödənişli xidmətlərin növləri, onların dəyəri və sifariş qaydası Saytın müvafiq səhifələrində göstərilmişdir.
    • Ödənişli xidmətlər üzrə həyata keçirilmiş ödəniş üzrə İstifadəçi vəsaitlərin qaytarılması ilə bağlı Administrasiyaya müraciət etmək hüququna Malikdir. Ödənişin geri qaytarılması ilə bağlı yekun qərar Administrasiya tərəfindən qəbul edilir. Administrasiya geri ödəniləcək vəsaitdən 20 % xidmət haqqı, ödənilmiş vergi və ya dövlət rüsumlarını tutmaq hüququna Malikdir.
    • Administrasiya aşağıdakı hallarda ödənilmiş vəsaitin geri qaytarılmasından imtina edə bilər:
      • İstifadəçi hazırkı Razılaşmanın şərtləri pozulub;
      • Xidmət aktivləşdirilib və istifadə edilib;
      • Ödəniş edildikdən sonra 10 iş günü keçib;
      • Digər hallarda Administrasiyanın qərarı üzrə.
    • Pul vəsaitlərin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.
    • Ödəmə sistemlərində baş verən hər hansı nasazlıqlara görə Administrasiya məsuliyyət daşımır. Pul vasitələrinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.

 

    1. TƏRƏFLƏR ARASINDAKI ƏLAQƏ
      • Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.
      • Əlavə olaraq İstifadəçi razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər və başqa informasiya və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
      • Saytda dərc edilmiş və Sayt/Administrasiya tərəfindən göndərilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
      • Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və ya Saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
      • Administrasiya başqa İstifadəçilər və ya robotlar tərəfindən Saytda İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
      • İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna Malikdir.
      • İstifadəçinin Administrasiya və ya Saytın moderatorları ilə yazışması ünvanı Saytda göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
      • İstifadəçiyə Saytda moderatorların və Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
      • İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.

 

      1. PROQRAM TƏMİNATI

 

    • Administrasiya saytın yerləşdirildiyi domen adının, saytın özünün, mobil əlavələrin, həmçinin bütün Sayt və Sayta aid proqram təminatının xüsusi sahibkarıdır.
    • Administrasiyanın (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.

 

  1. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
    • Saytda İstifadəçi tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), İstifadəçi tərəfindən onun Malının satılması üçün yerləşdirilir.
    • İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.
    • Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Saytda açıq şəkildə yerləşdirilir, yəni tanış olma üçün istənilən müştəriyə və ya Saytın digər İstifadəçiləri tərəfindən görülməsi mümkündür.
    • İstifadəçi informasiyanı yerləşdirməklə bütün riskləri anlayır və qəbul edir ki, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər mümkündür.
    • Administrasiya Mal barəsində sazişlərin təşkilatçısı, vasitəçisi, alıcısı və ya satıcısı deyildir.
    • Administrasiya İstifadəçilər tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, əldən çıxmış faydaya, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində baş vermiş digər hallara görə məsuliyyət daşımır.
    • Saytın xidmətlərindən istifadə edərək İstifadəçi təsdiqləyir ki, o Saytdan istifadə zamanı məsuliyyəti öz üzərinə götürür və onun tərəfindən Saytda yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.
    • Sayt İstifadəçilərə realizasiyası (satışı) və ya əldə edilməsi qanunla, hazırkı Razılaşma, Saytda yerləşdirilmiş digər qaydalar və qanunvericiliklə icazə verilmiş Mallar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.
    • Sayt İstifadəçilər tərəfindən yerləşdirilmiş hər bir elanı yoxlamaq imkanına malik deyildir, nəticədə, keyfiyyət, təhlükəsizlik, qanunilik və Malın onun təsvirinə uyğunluğu, həmçinin də satıcının Malı satmaq və alıcısının əldə etmək imkanı Administrasiyanın nəzarətindən kənardadır.
    • Administrasiya İstifadəçilər tərəfindən elanlarda yerləşdirilən məlumatın etibarlılığına nəzarət edə bilmir.
    • Sayt, onun Administrasiyası, rəhbərlik və əməkdaşlar, Saytda yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımır.
    • Administrasiya, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar.
    • İstifadəçi anlayır ki, Saytda elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki, hər hansı Malın təklifi, satılması və ya əldə edilməsi həqiqidir və qanunidir.
    • İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və ya Saytın müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Administrasiyanı cəlb etmədən sərbəst həll edir.
    • Administrasiya Saytın xidmətlərinə üçüncü şəxslərin Administrasiyanın razılığı (icazəsi) və/və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və ya İstifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədən şəxsi məlumatlar), məsuliyyət daşımır.
    • İstifadəçi razılaşır ki, Administrasiya İstifadəçi qarşısında Saytın istənilən məzmunu ilə bağlı və ya İstifadəçi tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Saytda mümkün olan mallarla və ya xidmətlərlə və ya İstifadəçinin Saytda yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə, məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
    • Administrasiya Sayta ötürülə bilən və ya Sayt vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
    • İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və bu Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Saytda və Saytın xidmətlərindən istifadə zamanı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.
    • İstifadəçi başqa İstifadəçi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), hüquqları pozulmuş İstifadəçi müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlara müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və, onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması tədbirlərini görməyi öhdəsinə götürür.

 

  1. RAZILAŞMANIN MÜDDƏTİ
    • Bu Razılaşma İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəsinin başlanğıcı anından qüvvəyə minir, Saytda İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq müddətsiz olaraq qüvvədədir.
    • İstifadəçi istənilən vaxt Saytın xidmətlərindən özünün istifadə hüququnu dayandırmaq hüququna malikdir. İstifadəçinin bu hüququnun dayandırılması edilmiş yazılı müraciət əsasında Administrasiya tərəfindən həyata keçirilir. Bundan sonra İstifadəçi yeni Elanları yerləşdirmək hüququna malik deyildir.
    • Sayt şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Sayta giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına Malik deyildir.

 

    1. DİGƏR ŞƏRTLƏR
      • Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Sayt xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
      • Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
      • Sayt birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna Malikdir. Razılaşmanın yeni redaksiyası Saytda dərc edilməsi tarixindən qüvvəyə minir.
      • Razılaşmada heç nə İstifadəçi və Administrasiya arasında agent münasibətlərinin, Yoldaşlığın münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlər, şəxsi işəgötürmənin münasibətlərinin, və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.
      • Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
      • Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
      • Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.
      • Əlavə 1 bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.

  

ƏLAVƏ 1 

MƏXFİLİK SİYASƏTİ

    1. Bu Siyasət roverstore.az saytının İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsidir.
    2. Bu Siyasət İstifadəçinin şəxsi məlumatlarının alınması, saxlanılması, işlənməsi, istifadəsi, açılması və müdafiəsi qaydalarını müəyyən edir.
    3. İstifadəçilərin şəxsi məlumat bazası Administrasiyaya açıq şəkildə saytın bazasında yerləşir.
    4. Şəxsi məlumatlar bazasının sərəncamçısı Administrasiyadır.
    5. Elanın dərc edilməsi üçün formanı dolduran zaman və ya saytda İstifadəçinin qeydiyyatı zamanı, və ya göndərmələrə abunə olma zamanı, həmçinin də saytdan istifadənin başqa hallarında, İstifadəçi Administrasiyaya şəxsi və digər məlumatları verir. Məlumatın toplanması saytın İstifadəçiləri arasında sorğularının keçirilməsi yolu ilə də həyata keçirilə bilər.
    6. İstifadəçi sayta özü haqqında şəxsi məlumatların və istənilən başqa məlumatın verilməsi barədə sərbəst və könüllü qərar qəbul edir, həmçinin bu məlumatların Administrasiya tərəfindən işlənilməsinə, işlənməsi üçün onların Administrasiyanın tapşırığı ilə hərəkət edən başqa İstifadəçilərə və ya üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.
    7. Şəxsi məlumatların işlənilməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, qeydiyyat, yığım, saxlama, uyğunlaşma, dəyişiklik, yeniləmə, istifadə və yayılma kimi məcmusudur (yayılma, reallaşdırma, ötürülmə) və şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin istifadəsi ilə məhv edilməsidir.
    8. Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:
    • saytın və onun xidmətlərinin, fəaliyyətinin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;
    • göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;
    • saytın və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);
    • istifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qabağının alınması;
    • qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təminatı.
  1. Sayt İstifadəçilər haqqında aşağıdakı məlumatları toplayır:
    • Saytdan istifadə zamanı Administrasiyaya İstifadəçi tərəfindən daxil edilən şəxsi məlumatlar İstifadəçinin adı və soyadı, elektron poçt ünvanı və şifrəsi, telefon nömrəsi, İstifadəçinin yerləşdiyi yer, həmçinin ünvanı ola bilər. Əgər İstifadəçi sosial şəbəkədəki hesabı vasitəsilə daxil olursa, Sayt həmçinin bu hesabda yerləşdirilmiş məlumatları toplaya bilər. İstifadəçi ona verilmiş informasiyaya görə məsuliyyət daşıyır və İstifadəçi tərəfindən açıq şəkildə yerləşdirilmiş məlumatların İnternetdə yayılmasına etiraz etmir.
    • Saytın, ona giriş zamanı, proqram təminatı tərəfindən avtomatik toplanan texniki informasiya.
  1. Sayt/Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.
  2. Saytın İstifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, belə İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür. Saytdan istifadə ilə əlaqədar başqa İstifadəçilər haqqında İstifadəçi tərəfindən alınmış bütün məlumatlar yalnız Mallar barəsində sazişlərin icrasında istifadə edilə bilər. Beləliklə, İstifadəçiyə düz reklam göndərməsi və ya arzu edilməyən elektron xəbərlərin başqa göndərməsi məqsədləri üçün elektron ünvandan istifadə etməyə, başqa İstifadəçinin telefon nömrəsi kimi, həmçinin xəbərsiz edilən qeyri-qanuni hərəkətlərə və ya başqa İstifadəçinin xəbəri və razılığı olmadan həyata keçirilmiş hərəkətlərə icazə verilmir.
  3. İstifadəçi saytdan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
  4. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
  5. Əgər İstifadəçi girişi, qeydiyyatı həyata keçirmişsə və OpenID xidmətinin köməyi ilə Saytdan istifadə edirsə, İstifadəçi onun məlumatlarının ötürülməsi və onlardan istifadə qaydasını belə xidmətin parametrlərində qura bilər.
  6. Sayt/administrasiya İstifadəçinin şəxsi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli ölçüləri qəbul edir.
  7. Sayt vasitəsilə toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan korporativ şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır.

 

COOKİES, VEB-MAYAKLAR, VƏ OXŞAR TEXNOLOGİYALAR

 

  1. Sayt informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, sayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.
  2. Sayt tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi avtomatik olaraq həyata keçirilir. İstifadəçi saytın cookies fayllarının onun brauzerində saxlanılmasına öz icazəsini verir.
  3. Sayt cookies-dən və oxşar texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa oxşar texnologiyalardan istifadə edir. İstifadəçinin belə cookies və oxşar texnologiyaları bloklamağa, silməyə və ya dayandırmağa hüququ var.
  4. Cookies – kompüter terminologiyasında saytdan alınmış mətn və ya ikili məlumatlar şəklində informasiyanın təsviri üçün istifadə edilən elə anlayışdır ki, İstifadəçinin brauzerində saxlanılır və İstifadəçi sayta təkrar olaraq daxil olursa sayta yönləndirilir. Sayt baş çəkmə vaxtı İstifadəçinin brauzerini qeyd edir. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq saytdan istifadəni yüngülləşdirir. Cookies faylları özündə şəxsi məlumatları saxlamır.
  5. Veb-mayaklar – Saytda, həmçinin onun xidmətlərində, əlavələrdə, mübadilə xəbərlərində, və İstifadəçini müəyyən etmək üçün adətən cookies ilə uyğunluqda işləyən alətlərdə qoşula bilən kiçik qrafik təsvirlərdir (həmçinin "nöqtə markörləri" və ya "Şəbəkə mayakları" kimi məlumdur).
  6. Oxşar texnologiyalar – lokal ümumi obyektləri və ya lokal anbarı və proqram veb-əlavələrinin başqa metodları istifadə edən, brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies" "HTML 5 cookies" kimi, texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.
  7. Cookies-ə və oxşar texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Administrasiya bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Administrasiya zəmanət verir ki, yalnız səlahiyyətli təchizatçılar cookies məlumatlarına girişə malikdirlər.
  8. Səlahiyyətli təchizatçılar saytın fəaliyyəti ilə əlaqədar xidmət göstərən fiziki və ya hüquqi şəxslərdir. Administrasiya saytın uyğun olan xidmətlərinin İstifadəçiyə verilməsi, həmçinin də saytın bilavasitə fəaliyyəti ilə bağlı başqa məqsədlər üçün xidmətlərin bəzi səlahiyyətli təchizatçılarından istifadə edir. Səlahiyyətli təchizatçılar saytın xidmətləri vasitəsilə cookies-i İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri, toplaya bilərlər.
  9. İstifadəçi brauzerin və ya qurğunun parametrlərində cookies-i idarə etmək hüququna malikdir.
  10. Sistemdə olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, sayt tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə oluna bilər.
  11. İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğun olaraq təqdim edilən xidmətlərin keyfiyyətli təminatı məqsədi ilə sayt İstifadəçinin sistemə son girişinin məlumatlarını saxlayır.

 

MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏRİN DAXİL EDİLMƏSİ

 

  1. Administrasiya Məxfilik Siyasətinə birtərəfli qaydada dəyişikliklər edə bilər.
  2. İstifadəçi Administrasiya tərəfindən daxil edilmiş dəyişikliklərlə razı olmadığı halda saytdan istifadəni dayandırmalıdır. İstifadəçi saytdan istifadəni davam etdirdiyi təqdirdə, bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.